Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda uşaqlar arasında yayılan yeni virus nə qədər təhlükəlidir? - CAVAB

Azərbaycanda uşaqlar arasında yayılan yeni virus nə qədər təhlükəlidir? - CAVAB

Tarix: 28 Iyul 2023 19:09

Hava şəraitinin isti keçməsinə baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. 

Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?

Sonxeber.net xəbər verir ki, pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, uşaqlar arasında yayılan infeksiya qrip infeksiyası deyil. 

Onun sözlərinə görə, hazırda daha çox adenovirus infeksiyası yayılıb:

"Bu infeksiya gözdə qızartılar, çirklənmə, boğaz ağrıları, öskürək, qusma və ishalla özünü biruzə verir. Bundan əlavə həmçinin "Streptokok A" infeksiyası da yayılıb.

Bu infeksiya özünü dəri səpgiləri ilə də göstərir. Daha çox 3-5 yaş arasındakı uşaqlarda müşahidə edilir, ancaq 5-15 yaş arasında olanlar daha çox narahatlıq doğurur. Həmin yaş arasında olan uşaqlarda bu infeksiya revmatizm xəstəliyinə səbəb olur.

Bu cür xəstəliklərdən qorunma yolları isə standartdır. Təbii ki, sağlam qidalanmaya üstünlük verilməli, yuxu rejimi normallaşdırılmalı və qapalı məkanlarda çox qalmamalıyıq".


Etiketlər:  Azərbaycanda uşaqlar arasında yayılan yeni virus qədər təhlükəlidir CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ