Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2023 10:00
Zibillikdə qidalanan heyvanların südünün hansısa təhlükəsi varmı?
Mal qara zibillikdə eşələnir, zibil qutularını dağıdır, ətrafda antisanitar vəziyyət yaradır, hətta məişət tullantıları ilə qidalanırlar.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Suraxanı rayonu, Zığ qəsəbəsi İdris Süleymanov küçəsindəndir. Burada yaşayanlar deyir ki, heyvanları elə qəsəbədə məskulaşan şəxslər saxlayırlar. Ancaq nəzarət etmədiklərindən ərazidə bu cür vəziyyət yaranıb. Sakinlər bildirirlər ki, dəfələrlə zibil qutularının yerinin dəyişdirilməsi ilə bağlı aidiyyatı qurumlara müraciət də edilib.
Zığ bələdiyyəsinin sədri Abdulla Məmmədov isə deyir ki, mütəmadi olaraq bu cür hallara qarşı tədbirlər həyata keçirilir.
Qida eksperti Seymur Qafarov bildirir ki, süd və süd məhsulları, eləcə də ət istehsalı ilə məşğul olan şəxslər həmin heyvanların qidalandırılması işinə diqqətlə yanaşmalıdırlar. Yəni zərərli tullantılarla qidalanan mal-qaranın əti və südü orqanizm üçün təhlükəli ola bilər.
Mütəxəssisin sözlərinə görə, istehlakçılar bu bu cür şəraitdə qidalnan heyvan məhsullarından mümkün qədər istifadə etməməlidirlər. Əgər məcburiyyət qarşısında alınarsa, həmin ət və süd məhsulları qaynadıldıqdan sonra istifadə olunmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.