Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2023 19:38
Afrika Birliyi Niger hərbçilərinə konstitusion hakimiyyəti bərpa etmək üçün 15 gün vaxt verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Afrika Birliyinin Sülh və Təhlükəsizlik Şurası hərbçilərdən dərhal və qeyd-şərtsiz öz kazarmalarına qayıtmağı və ən geci 15 gün ərzində ölkədə qanuni hakimiyyətin bərpasını tələb edib.
Şura, həmçinin demokratik yolla seçilmiş prezidentin həbsini pisləyib və qiyamçılara qarşı cəza sanksiyaları da daxil, bütün lazımi tədbirləri görməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Əbdurəhman Çiani özünü "Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri" elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.