Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rozadan qızına doğum günü təbriki: Bu illərdə təhsilinlə, tərbiyənlə... - VİDEO - FOTO

Rozadan qızına doğum günü təbriki: Bu illərdə təhsilinlə, tərbiyənlə... - VİDEO - FOTO

Tarix: 31 Iyul 2023 16:35

Müğənni Roza Zərgərli qızı Bənövşə ilə bağlı diqqət çəkən paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi İstanbulda yaşayan övladı ilə görünüşərək, onun doğum gününü restoranların birində qeyd edib. 

Roza 25 yaşına qədəm qoyduğu qızının şam üfürdüyü anı çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

R.Zərgərli paylaşımına "25 il bir göz qırpımında keçdi. Var ol qızım. Üzün ağ olsun. Bu illərdə sən məni yanıltmadın. Təhsilinlə, tərbiyənlə sadalamaqla bitməz. Bil ki, sən yeganə Allahın mənə olan lütfüsən" sözlərini yazıb. 

Qeyd edək ki, Türkiyədə təhsil alan Roza Zərgərlinin qızı Bənövşə İstanbulda yaşayır. 

Milli.Az


Etiketlər:  Rozadan qızına doğum günü təbriki illərdə təhsilinlə tərbiyənlə VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ