Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2023 08:50
Bu ilin iyul ayı tarixin ən isti ayı olub.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, bu, Şimali Amerika, Asiya və Avropanın böyük hissələrindəki istilik dalğaları ilə əlaqəlidir.
Məlumata görə, iyulun ilk 23 günü Yer səthinə yaxın havanın orta temperaturu 16,95 dərəcə selsi təşkil edib. Bu isə bütün 2019-cu ilin iyul ayı üçün qeydə alınan 16,63 dərəcə selsidən xeyli yüksəkdir.