Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekstremal idmançı öz əcəli ilə öldü - FOTO

Ekstremal idmançı öz əcəli ilə öldü - FOTO

Tarix: 1 Avqust 2023 10:12

Sosial şəbəkələrdə Remi Eniqma kimi tanınan 30 yaşlı fransız ekstremal Remi Luçidi "Tregunter Tower" kompleksinin 68-ci mərtəbəsindən yıxılaraq ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həmin şəxs axşam saat 18:00 radələrində binaya gəlib və mühafizəçiyə 40-cı mərtəbədəki dostuna baş çəkdiyini deyib. Həmin adam onu tanımadığını bildirdikdən sonra mühafizəçi Remini tutmağa cəhd edib, lakin həmin vaxt kaskadyor artıq liftdə olub.

Kişi sonuncu dəfə saat 19:38-də kompleksin penthausunun pəncərəsini döyəndə sağ görünüb. Xidmətçi polisə zəng vurub. Hüquq-mühafizə orqanları hesab edir ki, Luçidi qəzadan əvvəl penthausun kənarında qalıb və pəncərəni döyərək kömək istəyib. Çox güman ki, elə oradan da yıxılıb.

Milli.Az


Etiketlər:  Ekstremal idmançı öz əcəli ilə öldü FOTO


RƏYLƏR