Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester” Beyli niyə istəmir?

“Mançester” Beyli niyə istəmir?

Tarix: 27 Oktyabr 2019 16:08

“Mançester Yunayted” rəhbərliyi və baş məşqçi Ule-Qunnar Sulşer “Real”ın hücumçusu Qaret Beyli almaqda maraqlı deyil.

Qol.az “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, “qırmızı-şeytanlar” 30 yaşlı futbolçunun zədə tarixçəsi səbəbindən bu transferi çox riskli hesab edir.

Daha əvvəl yayılan xəbərə görə, “Real” yayda “MY”nin yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq üçün yenidən cəhd edəcək. Buna görə onlar ingilislərə 100 milyon avro və Qaret Beyli vermək istəyirlər.

Əlavə edək ki, Beyl “Real”a transfer edildikdən sonra tez-tez zədələnməsi ilə də diqqət çəkmişdi.

 


Etiketlər:  Mançester Beyli niyə istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ