Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barbie” filmi bu ölkələrdə qadağan edildi

“Barbie” filmi bu ölkələrdə qadağan edildi

Tarix: 2 Avqust 2023 07:24

Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ABŞ istehsalı olan "Barbie" filminin izlənilməsini qadağan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb filmdə olan bəzi səhnə və ideaların həmin ölkənin dəyərləri ilə üst-üstə düşməməsidir.

Bildirilib ki, filmdə öpüşən  iki qadın personajın təsviri müsəlman  cəmiyyətlərin gözləntiləri ilə toqquşub.

Həmçinin, Yaxın Şərqdəki dini inanclar da "Barbie" filminin qadağan edilməsində rol oynayıb.

Bundan əlavə, filmdə özünü gücləndirmə və ictimai normaların pozma mesajı bəzi dini doktrinalarla ziddiyyət təşkil etdiyi üçün ekran işi qadağan edilib.

Milli.Az


Etiketlər:  Barbie filmi ölkələrdə qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ