Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada tayfundan sonra 4,5 min insan evinə qayıda bilmir

Yaponiyada tayfundan sonra 4,5 min insan evinə qayıda bilmir

Tarix: 27 Oktyabr 2019 19:40

Bakı. Trend:

Yaponiyada baş verən güclü "Hagibis" qasırğasından iki həftə sonra 4500 nəfər təxliyə mərkəzlərində qalmağa davam edir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin saytında deyilir.

Bildirilir ki, ölkənin 21 prefekturasında 77 mindən çox yaşayış binası qismən zədələnib və ya tamamilə məhv olub. Ən ağır zərər Fukusima, İbaraki və İvate prefekturalarında qeydə alınıb. 5 minə yaxın evə hələ də su təchizatı bərpa edilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaponiyada tayfundan sonra insan evinə qayıda bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ