Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2023 23:10
Gürcüstanın Oni munisipalitetində sürüşmə zonasından iki nəfərin meyiti tapılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın İctimai Televiziyasına Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, xilasedicilər fəlakət bölgəsində əməliyyat zamanı iki nəfərin meyitini çıxarıblar.
DİN-in məlumatına görə, sərhəd polisinə məxsus helikopterlərlə artıq üç uçuş həyata keçirilib və 70 nəfər təhlükəsiz zonaya təxliyə edilib. Xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.
Qeyd edək ki, yerli KİV daha əvvəl 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayıb.
-------
21:26
Gürcüstanın qərbində yerləşən Şovi bölgəsində torpaq sürüşməsi baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sürüşmə nəticəsində 6-sı uşaq olmaqla, 16 nəfərin torpaq kütləsinin altında qaldığı bildirilir.
Həmçinin, Gürcüstan Daxili İşlər Nazirliyi əraziyə 2 xilasedici helikopterin göndərildiyini açıqlayıb.