Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2023 13:56
Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.net-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib.
Onun 1993-cü il təvəllüdlü Vüsal Tahir oğlu Əmrahov olması məlum olub. Davam etdirilən tədbirlərlə o, saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.
Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.