Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onlara elə qarğış edərəm alt-üst olarlar''

''Onlara elə qarğış edərəm alt-üst olarlar''

Tarix: 5 Avqust 2023 20:20

20:17

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Elşən Xəzərin İrana casusluq ittihamı ilə saxlanılması məlumatı yayılıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilməyən məlumat bir neçə dəqiqə sonra meyxanaçının özü tərəfindən də təkzib olunub.

Mütəmadi olaraq İrana casusluq etməsi ilə bağlı iddialar yayılan meyxanaçının özü ilə əlaqə saxladıq.

E.Xəzər sayta açıqlamasında yayılan məlumatların şayiə olduğunu, İranla bağlı məsələyə görə heç vaxt hüquq-mühafizə orqanlarına çağırılmadığını deyib:

"Həqiqətən də bir işi səhv etmiş olsaq, bizə deyərlər ki, bunu etməyin və ya cəzalandırarlar. İranla bağlı söz-söhbətə görə nə istintaqa çağırılmışam nə sorğu-sual edilmişəm. Ölkədən çıxışıma da qadağa qoyulmayıb. Deyilənlər hamısı uşaq oyunudur.

Mən yüz yerdə konsertdə olmuşam-Rusiya, İran, Türkiyə və sair. Niyə ancaq İran deyirlər?

Biz danışmırıq deyə hər dəfə bir məlumat yayırlar. Elə şeylə üstümüzə gəlirlər ki, bu yaxşı şey deyil. Onlara elə qarğış edərəm alt-üst olarlar. Amma ayıbdır, etmirəm. Dediyim kimi, mən heç yerdə saxlanılmamışam və dindirilməmişəm".

----------

18:14

Meyxanaçı Mehman Əhmədli həmkarı Elşən Xəzərin İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanılması məsələsinə aydınlıq gətirib.

Bu barədə pravda.az-a açıqlama verən Mehman Əhmədli deyib ki, E.Xəzər saxlanılmayıb.

"Bu dəqiqə özü ilə danışmışam. Nə İran, nə casus? Elşən Vətənini sevən, dindar oğlandır. İran niyə olur? Elşən normal həyatını yaşayır. Kim bunu yayıb, Allah bilir. Axşam özü canlı yayım edəcək", - meyxanaçı qeyd edib.


Etiketlər:  Onlara elə qarğış edərəm üst olarlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ