Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinə başsağlığı verib

Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinə başsağlığı verib

Tarix: 5 Avqust 2023 18:24

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın Raça regionunun Şovi bölgəsində baş vermiş güclü torpaq sürüşməsi ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə başsağlığı məktubu göndərib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazir Raça regionunun Şovi bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.


Etiketlər:  Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinə başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ