Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: Britaniya hökuməti “Sepah”ı təhlükəsizliyə böyük təhdid hesab edir

KİV: Britaniya hökuməti “Sepah”ı təhlükəsizliyə böyük təhdid hesab edir

Tarix: 6 Avqust 2023 11:32

Böyük Britaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) Böyük Britaniyanın milli təhlükəsizliyi üçün ən böyük təhdid hesab edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu fikri Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Svel Braverman "The Sunday Times" qəzetinə bildirib.

Qəzet yazır ki, nazir Sepahın krallıq ərazisində fəaliyyətini gücləndirəcəyindən ehtiyat edir. O, həmçinin Tehranın Böyük Britaniyadakı cinayətkarlardan İran hakimiyyətinin əleyhdarlarına hücumda istifadə üçün çalışdığını göstərən kəşfiyyat məlumatlarından da narahatdır.

Milli.Az


Etiketlər:  KİV Britaniya hökuməti Sepahı təhlükəsizliyə böyük təhdid hesab edir


RƏYLƏR