Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2023 14:52
Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində itkin düşənlər arasında uşaqlar da var.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Zurab Azaraşvili bildirib.
O, hazırda ərazidə 7-8 uşağın axtarıldığını qeyd edib.
Nazir əlavə edib ki, ərazidə qopmuş bədən də üzvləri aşkarlanıb və onların kimə məxsus olduğunu müəyyənləşdirmək məqsədilə DNT analizi aparılır.
Yerli KİV-in məlumatına görə itkin düşənlər arasında bir Rusiya vətəndaşı da var.
Həlak olanlarında bəzilərinin şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir.
Qeyd edək ki, yerli KİV-də yayılan məlumatlara görə, sürüşmə nəticəsində itkin düşənlər arasında etnik azərbaycanlı 18 yaşlı Samirə İsayeva da var. Ailəsinin məlumatına görə, sürüşmə ərazisində olan gənclə avqustun 2-dən sonra əlaqə saxlamaq mümkün olmayıb.