Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Camal Abbasov dünya üçüncüsü oldu

Camal Abbasov dünya üçüncüsü oldu

Tarix: 6 Avqust 2023 22:58

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona çatıb.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a bildirilib ki, yarışın 6-cı günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.

Cəfər Cəfərov (45 kq) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabıyla məğlub olub.

Sədrəddin Həsənov (51 kq) türkiyəli Kahraman Eskiyə 4:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub - 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Sədrəddin ötən il dünya ikincisi olmuş amerikalı Kristian Kasiltyo üzərində inamlı qələbə qazanıb - 12:6. Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada rusiyalı Usman İndirbayevlə bacarmayıb - 2:10.

Camal Abbasov (60 kq) qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb - 2:3. Camal bürünc medal uğrunda Puerto-Riko təmsilçisi Yandro Rivera ilə güləşib və 6:0 hesablı qələbəylə dünya üçüncüsü olub.

İsmayıl Rəhimli (71 kq) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı İslam Kajarova 0:4 hesabıyla məğlub olub.

Səid Paşayev (92 kq) 1/8 finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib - 3:14.

Milli.Az


Etiketlər:  Camal Abbasov dünya üçüncüsü oldu


RƏYLƏR