Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İnstagram"-da 15 saniyəlik reklamı bu qiymətə paylaşır

Tarix: 7 Avqust 2023 22:50

Müğənni və aktyor Oğuzhan Koçdan ayrıldıqdan sonra DJ Sergio ilə yeni eşq macərasına başladığı iddia edilən aktrisa Demet Özdemir rol aldığı serial mövsüm finalı etdikdən sonra tətilə çıxıb.

Milli.Az olay-a istinadən bildriir ki, hazırda istirahətin dadını çıxaran Özdemir "İnstagram"-ın hekayə bölümündə 24 saatlıq paylaşım üçün aldığı qiymət eşidənləri heyrətləndirib. 

Aktrisa 15 saniyəlik reklam paylaşımından 200 min TL (12 min 500 AZN) qazanır. 

Aktrisa bir müddət öncə İtaliyada "Snai La Maura Hipodromu"nda keçirilən The Weeknd konsertinə qatılıb. Oynadığı seriallarla xaricdə böyük pərəstişkarı olan Özdemirə İtaliyadak maraq böyük olub.

Milli.Az


Etiketlər:  İnstagram da 15 saniyəlik reklamı bu qiymətə paylaşır


RƏYLƏR