Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmran Xana 5 il siyasətlə məşğul olmaq qadağan edildi

İmran Xana 5 il siyasətlə məşğul olmaq qadağan edildi

Tarix: 8 Avqust 2023 21:52

Pakistanın Seçki Komissiyası keçmiş baş nazir və müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xanın beş il müddətinə siyasətdən kənarda qalmasını təsdiqləyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qurum Xanın korrupsiyada təqsirli bilinməsindən sonra ona beş il müddətinə siyasi vəzifə tutmağı və seçkilərdə iştirakı qadağan edib.

Xatırladaq ki, avqustun 5-də İslamabad məhkəməsi Xanı dövlətə məxsus Toşaxan anbarından qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi ilə bağlı üç il müddətinə azadlıqdan məhrum edib. Cəza həm də Xanın beş il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməsini nəzərdə tutur. Keçmiş baş nazir hökmdən qısa müddət sonra Lahordakı iqamətgahında həbs edilib.


Etiketlər:  İmran Xana siyasətlə məşğul olmaq qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ