Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2023 22:30
Rusiya, demək olar ki, 50 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində avqustun 11-də ölkənin uzaq şərqindəki bir qəsəbəni boşaldacaq.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 1976-cı ildən bəri ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində "Lunar-25" Aya eniş aparatı Moskvadan təxminən 5550 kilometr şərqdə yerləşən "Vostoçnıy" kosmodromundan buraxılacaq.
Kosmik gəminin buraxılacağı ərazidən cənub-qərbdə yerləşən, Rusiyanın Xabarovsk vilayətindəki Şaxtinski yaşayış bölgəsində yaşayan sakinlər avqustun 11-də səhər saatlarında ərazidən təxliyə ediləcəklər. Belə ki, raket sürətləndiricilərin cihazdan qopduqları zaman məhz bu əraziyə düşəcəyi ehtimal edilir.
"Roskosmos" qeyd edib ki, "Lunar-25" Ayın cənub qütbünə enən ilk cihaz olacaq. Cihazın Ay səthində bir il qalacağı gözlənilir.
Missiyanın əsas hədəfləri sırasında yumşaq eniş texnologiyalarının inkişaf etdirilməsi, Ayın daxili quruluşunun öyrənilməsi və su mənbələrin axtarışı kimi məsələlər yer alır.