Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2023 07:16
İtaliya Rusiya və Belarus vətəndaşları üçün "Investor Visa for Italy" proqramını dayandırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın Müəssisələr və Məhsullar Nazirliyi məlumat yayıb.
Həmin qərar Avropa İttifaqının tövsiyəsi ilə verilib.
Qeyd edək ki, İtaliyada Aİ-yə daxil olmayan vətəndaşlar üçün "Qızıl viza" adlanan proqram 2017-ci ildən verilməyə başlanılıb.
Bu proqram çərçivəsində arzu edənlər investisiya müqabilində İtaliyada yaşayış icazəsi ala bilərdilər.