Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan neftinin qiyməti 91 dolları ötdü

Azərbaycan neftinin qiyməti 91 dolları ötdü

Tarix: 10 Avqust 2023 11:44

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 1,9 % azalaraq 91,15 ABŞ dolları təşkil edib.

Milli.Az xəbər verir ki, "Brent" markalı neftin oktyabr fyuçersləri 87,44 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Milli.Az


Etiketlər:  Azərbaycan neftinin qiyməti 91 dolları ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ