Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Danimarkadakı Türk səfirliyi qarşısında Qurani-Kərimə hücum olub

Danimarkadakı Türk səfirliyi qarşısında Qurani-Kərimə hücum olub

Tarix: 12 Avqust 2023 23:52

Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı hücum təşkil edilib.

Sonxeber.net-ın TurkicWorld-a istinadən verdiyi məlumatına görə, təxribatı irqçi "Danske Patrioter (Danimarka Patriots)" qrupunun üzvüləri həyata keçirib.

Daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. İslam əleyhinə pankartlar açıb, şüarlar səsləndirən qrup üzvləri sosial media hesablarında bu anları canlı yayımlayıblar.

Məlumat üçün qeyd edək ki, qrupun təxribatları polisin himayəsi altında həyata keçirilib.


Etiketlər:  Danimarkadakı Türk səfirliyi qarşısında Qurani Kərimə hücum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ