Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək

Məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək

Tarix: 4 May 2019 17:12

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə aktiv məşğulluq tədbirləri davam etdirilir.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir kimi, gələn həftə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək. Rayonda məcburi köçkünlər üçün inşa olunmuş yeni yaşayış kompleksində təşkil olunacaq yarmarkada işsiz və işaxtaran şəxslərə özəl və dövlət müəssisələrində olan vakant iş yerləri təqdim ediləcək.

Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi layihələr barədə də məlumatlar veriləcək. Ümumilikdə yarmarkada 70-dək müəssisənin iştirak edəcəyi gözlənilir.

Əmək yarmarkasının keçirilməsində əsas məqsəd həssas kateqoriyalardan olan məcburi köçkünlərin məşğulluğuna dəstək göstərməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ