Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2023 21:00
Pakistanda müvəqqəti hökumətin baş naziri Anvarul Hak Kakar and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, prezident Arif Alvinin rəhbərliyi ilə andiçmə mərasimi baş tutub.
Prezident Sarayında keçirilən mərasim Qurani-Kərimin oxunması ilə başlanıb.
Alvinin oxuduğu mətni təkrarlayan Kakar ölkənin 8-ci müvəqqəti hökumətinin baş naziri olaraq vəzifəsinin icrasına başlayıb.