Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2023 15:58
İranda məşhur rejissor Səid Rustayi həbs edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, 6 ay azadlıqdan məhrub olunub. Buna səbəb isə rejissorun lentə aldığı "Leylanın qardaşları" filmi olub.
Ekran işi Kann Film Festivalında nümayiş etdirildiyi üçün Səid rejim əleyhinə təbliğat aparmaq da ittiham olunub. Hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.
Qeyd edək ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı "Leylanın qardaşları" filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.