Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Partiyaların dövlət orqanlarının fəaliyyətinə müdaxiləsinə görə cərimələr dəyişib

Partiyaların dövlət orqanlarının fəaliyyətinə müdaxiləsinə görə cərimələr dəyişib

Tarix: 16 Avqust 2023 14:39

Dövlət orqanlarının (qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edən siyasi partiyalar 5 min manatadək cərimələnəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, siyasi partiya tərəfindən dövlət orqanlarının (qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş manatadək məbləğdə, hüquqi şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcək. Bu xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə olunacaq.

İndiyə qədər siyasi partiya tərəfindən dövlət orqanının və ya vəzifəli şəxsin fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Bu xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilirdi.

Həmçinin, qanuna əsasən, ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə ediləcək.

Milli.Az


Etiketlər:  Partiyaların dövlət orqanlarının fəaliyyətinə müdaxiləsinə görə cərimələr dəyişib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ