Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir (FOTO)

Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir (FOTO)

Tarix: 28 Oktyabr 2019 18:56

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sıfarişi və dəstəyi ilə Şəmkir rayonunda “Sağlamlıq imkanları məhdud uşaqların (Daun sindromlu) sosial reabilitasiyası” adlı layihə həyata keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində yaradılan sosial reabilitasiya mərkəzinə daun sindromlu uşaqlar cəlb edilərək onlara sosial reabilitasiya xidmətləri göstərilir. Məqsəd bu kateqoriyadan olan uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstəyin göstərilməsidir.

Mərkəzdə həm qrup şəklində, həm də fərdi şəkildə məşğələlər, praktiki dərslər keçirilir. Uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün də işlər aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir (FOTO) Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir (FOTO) Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir (FOTO) Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir (FOTO)


Etiketlər:  Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ