Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa: ''Qəbələ'' ardıcıl üçüncü oyunda məğlub olub

Premyer Liqa: ''Qəbələ'' ardıcıl üçüncü oyunda məğlub olub

Tarix: 19 Avqust 2023 21:16

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin qollarını 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurub. "Qırmızı-qaralar"da 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Rəqibindən bir oyun az keçirən "Sumqayıt" ikinci qələbəsini qazanıb. Meydan sahibləri isə hər üç qarşılaşmadan məğlub ayrılıb.

Qeyd edək ki, günün digər görüşündə "Səbail" "Zirə"ni qəbul edəcək. Turun açılış matçında "Turan Tovuz" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. III turun "Qarabağ" - "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları avqustun 20-də olacaq.


Etiketlər:  Premyer Liqa Qəbələ ardıcıl üçüncü oyunda məğlub olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ