Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 22:00
“Qarabağ”ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, Ağdam klubundakı gələcəyi haqda da danışıb.
- Ağlına gələrdi ki, Essyenlə nə vaxtsa Azərbaycanda üz-üzə gələcəksiniz?
- Bu, futboldur. Öncədən heç nəyi demək olmur. Amma istənilən halda, Essyenlə rastlaşmaq xoş oldu. Bir-birimizə qarşı oynamışıq. Çox yaxşı futbolçudur.
- Maraqlıdır, oyundan sonra Essyenlə nə danışdınız?
- Sadəcə, ümumi həyatdan danışırdıq. O, məşqçilik karyerası ilə bağlı addımlar atmaq istəyir. Əsas bununla bağlı danışdıq.
- Bu günkü oyunla bağlı nə düşünürsən? Nəzərə alaq ki, çətin qələbə qazandınız.
- Hər oyun çətin keçir. Biz buna hazırıq. Xoşbəxtlikdən oyunun sonuna yaxın istəyimizə çata bildik.
- Növbəti tur səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız.
- Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq.
- “Qarabağ”la müqavilən qışa qədərdir. Bu keçən vaxt ərzində fikrin dəyişibmi, yəni, “Qarabağ”da qalmaq istəyirsənmi, yoxsa?
- Hər şey ola bilər. Mən əsasən bu günü fikirləşirəm. Dekabra qədər yaşayaq, sonrasına baxarıq.
- “Qarabağ” Avroliqanın qrupundan çıxsa, bu, sənin Ağdam klubunda qalmaq fikrinə təsir edəcəkmi?
- Çox şey ola bilər. Vaxta var, yəni. Qarşıda bizi “Neftçi” və APOEL-lə oyunlar gözləyir. Daha sonra isə qış fasiləsi olacaq. Bir sözlə, bu haqda danışmaq üçün yetərincə vaxtımız olacaq.
- Avroliqada APOEL-lə 2:2 hesabı ilə heç-heçə etdiyiniz sonuncu oyunu necə dəyərləndirirsən? Bu nəticə “Qarabağ”ın qrupdan çıxmağına necə təsir edə bilər?
- Sıfır xaldansa, 1 xal qazanmaq yaxşıdır. Biz yaxşı komandayıq. APOEL səfərinə müsbət nəticə qazanmaq üçün gedəcəyik.