Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Mirziyoyevlə görüşüb

Ərdoğan Mirziyoyevlə görüşüb

Tarix: 20 Avqust 2023 21:10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, görüş Macarıstanın paytaxtı Budapeştə baş tutub.

Görüşdə regional və qlobal hadisələrlə yanaşı, Türkiyə ilə Özbəkistan arasındakı əlaqələr də müzakirə edilib.

Ərdoğanı Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Gənclər və İdman Naziri Osman Aşkın Bak, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Ticarət Naziri Ömər Bolat, Rabitə direktoru Fahrettin Altun, Baş nazir Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və prezidentin baş müşaviri Zəfər Çubukçu da müşayiət edib.

Milli.Az


Etiketlər:  Ərdoğan Mirziyoyevlə görüşüb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ