Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2023 14:24
Türkiyənin Avropa İttifaqına üzvlük prosesindən siyasi material kimi istifadə olunur.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın XİN rəhbəri Mariya Qabriellə keçirdiyi mətbuat konfransında deyib.
"Türkiyənin Aİ-yə üzvlük prosesinə rasional deyil, siyasi nöqteyi-nəzərdən baxılır. Avropa İttifaqı sərt rəftarlarını yenidən nəzərdən keçirməlidir", - deyə o vurğulayıb.
Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.