Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ

Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ

Tarix: 23 Avqust 2023 12:26

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər avqustun 23-30-da (saat 17:00-dək) qeydiyyatdan keçməlidirlər.

Milli.Az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədən keçən şəxslər aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə məktəbinə təqdim etməlidirlər:

- attestatın əsli;

- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ