Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sirkin 100 illik yubileyinə həsr olunan poçt bloku buraxılacaq

Sirkin 100 illik yubileyinə həsr olunan poçt bloku buraxılacaq

Tarix: 29 Oktyabr 2019 13:02

Bakı. Trend:

Oktyabrın 30-da Rusiya Dövlət Sirkinın 100 illik yubileyinə həsr olunan poçt bloku dövriyyəyə buraxılacaq.

Trend-in məlumatına görə, dairəvi formada arenanı xatırladan poçt blokunun üzərində sirk sənətinin bütün növləri, habelə məşhur sənətkarların - Y.Nikulin, O.Popov, V.Zapaşnoy, İ.Buqrimov, V.Durov kimi artistlərin portretləri öz əksini tapacaq.

Poçt blokunun dövriyyəyə buraxıldığı gün Moskva, Sankt-Peterburq, Orenburq, Kursk, Rostov-na-Don, Stavropol şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markaların üzərinə xüsusi həkketmə həyata keçiriləcək. Layihə dizayner-rəssam S.Ulyanovskiyə məxsusdur.

Marka poçt blokunda yer alaraq 33 mm diametr ölçülərində tədavülə buraxılacaq. Poçt bloku isə 99 mm diametr ölçülərində hazırlanaraq, 30 min nüsxə ilə işıq üzü görəcək. Bu orijınal poçt markasının nominal dəyəri 100 rubl təşkil edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sirkin illik yubileyinə həsr olunan poçt bloku buraxılacaq


RƏYLƏR