Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2023 10:21
Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya faciəsi ilə bağlı paylaşım edib.
Sonxeber.net xəbər verir ki, paylaşımda deyilir:
"31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, 1992-ci ilin avqust ayında Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayət - Ballıqaya qətliamı törədilib.
Qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.