Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya XİN başçısının Çinə səfəri son 5 ildə ilk olacaq

Britaniya XİN başçısının Çinə səfəri son 5 ildə ilk olacaq

Tarix: 30 Avqust 2023 15:16

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ikitərəfli münasibətləri sabitləşdirmək və aktual qlobal problemləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə etmək üçün avqustun 30-da Çinin paytaxtı Pekinə səfər edəcək.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatında bunun XİN rəhbərinin son 5 ildə Çinə ilk səfəri olduğu qeyd olunub.

Birgünlük səfəri zamanı Kleverli çinli həmkarı Van Yi və Çinin sədr müavini Han Çjenlə görüşməyi planlaşdırır. Britaniyalı nazir danışıqlar zamanı "Çinin qlobal əhəmiyyəti beynəlxalq təhlükəsizlik sahəsində məsuliyyəti nəzərdə tutur" fikrini bildirəcək.

Bununla bağlı o, Çini Ukraynadakı müharibəni dayandırmağa, "Cənubi Çin dənizində gərginliyi azaltmağa və kiberməkanda düşmənçilik fəaliyyətini dayandırmağa" kömək etməyə çağıracaq.

Bundan əlavə, Kleverli iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin birgə səylərini müzakirə etmək istəyir.


Etiketlər:  Britaniya XİN başçısının Çinə səfəri ildə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ