Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona”nın gənc ulduzu “Brayton”a keçir

“Barselona”nın gənc ulduzu “Brayton”a keçir

Tarix: 31 Avqust 2023 20:36

"Barselona"nın futbolçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, "Barsa" gənc oyunçusunu "Brayton"a icarəyə verəcək.

Ansu Fati özü də "Brayton"a keçməkdə maraqlıdır. 20 yaşlı vingerin qərarında həlledici amil komandanın çalışdırıcısı Roberto De Zerbidir.

Fati 2022/2023-cü illər mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Barselonanın gənc ulduzu Braytona keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ