Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 virtual “dost”u olan təqaüdçünü paylaşımına görə edam edəcəklər

9 virtual “dost”u olan təqaüdçünü paylaşımına görə edam edəcəklər

Tarix: 1 Sentyabr 2023 17:42

Səudiyyə Ərəbistanında sosial şəbəkələrdə hökuməti və ölkədəki vəziyyəti tənqid edən şəxs ölüm cəzasına məhkum edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, onun cəmi doqquz abunəçisi olub.

Məhəmməd əl-Qəmdi 2008-ci ildə terrorizmlə bağlı işlərə baxılması üçün yaradılmış xüsusi cinayət məhkəməsi tərəfindən məhkum edilib. Hüquq müdafiəçiləri onun ədalətsiz qərarları, xüsusən də ölüm hökmləri barədə dəfələrlə məlumat veriblər.

Həmin şəxs ölkə rəhbərliyinə qarşı sui-qəsddə, dövlət institutlarına zərbə vurmaqda və terror ideologiyasını dəstəkləməkdə ittiham olunub. Hüquq müdafiəçiləri bildiriblər ki, bu iş istifadəçinin az sayda izləyicisi olsa belə, sosial mediada yazılan tənqidlərə qarşı güclü repressiya olduğunu göstərir.

Hazırda Səudiyyə Ərəbistanından kənarda yaşayan Məhəmmədin qardaşı iddiaların qismən Twitter (X) yazılarına əsaslandığını iddia edir.

Hüquq müdafiəçisi Lina əl-Xatlul deyib ki, məhkəmələr repressiyalarını gücləndirir və ictimaiyyətə islahatla bağlı vədlərin boş olduğunu açıqlayır.

"10-dan az izləyicisi olan anonim hesabın tvitləri üzündən vətəndaşın başını kəsmək üzrə olduğu halda, dünya bir ölkənin islahat apardığına necə inana bilər?" Lina əl-Xatlul əlavə edib.

İnsan haqları fəalları Səudiyyə Ərəbistanını ölüm hökmünün kütləvi tətbiqinə görə tez-tez tənqid edirlər. Bildirilir ki, ötən il orada 147 nəfər, bu il isə 94 nəfər edam edilib.

Dövlət mediasında yayılan xəbərlərdə edam üsulu göstərilməsə də, keçmişdə başkəsmə halları çox olub.

Milli.Az


Etiketlər:  virtual dostu olan təqaüdçünü paylaşımına görə edam edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ