Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Biz Birlikdə Güclüyük!” - Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi - FOTO

“Biz Birlikdə Güclüyük!” - Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi - FOTO

Tarix: 2 Sentyabr 2023 12:20

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Cırtdan" Uşaq İstirahət Mərkəzində 10 gün davam edən "Biz Birlikdə Güclüyük!" yay düşərgəsinin bağlanış mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi.

Yeniyetmələr üçün kolleksiyanı düşərgə iştirakçıları olan qızlar tərəfindən təqdim edildi və sonda Gülnarə Xəlilova tərəfindən qızlara hədiyyə olundu.

Açılışda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 100 nəfər qızın iştirakı ilə keçirilən düşərgənin son günündə uşaqlar Dövlət Komitəsinin sədri  Bahar Muradova ilə görüşüb, rəqslər və rəsm sərgisi təqdim olunub, ağacəkmə aksiyası kecirilib. Sonda düşərgə iştirakçıları sertifikat ilə təltif edilib.

Qeyd edək ki, qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədini daşıyan yay düşərgəsində müxtəlif mövzularda təlim, ekskursiya, əyləncəli oyunlar, musiqili və film gecələri keçirilib. Bununla yanaşı, iştirakçıların Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunub.


Etiketlər:  Birlikdə Güclüyük Gülnarə Xəlilovanın kolleksiyası təqdim edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ