Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqa: "Qəbələ" Zirə"ni məğlub edib

Premyer Liqa:

Tarix: 2 Sentyabr 2023 20:24

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 20-ci dəqiqədə Rauf Hüseynli vurub.

Beləliklə, ilk qələbəsini qazanan meydan sahibləri 3 xalla sonuncu pillədə qərarlaşıb. Əvvəlki bütün görüşlərdə qalib gələn paytaxt klubu 12 xalla liderdir.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Turun ilk oyununda "Turan Tovuz" səfərdə "Sabah"ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də "Kəpəz" - "Araz-Naxçıvan" və "Səbail" - "Qarabağ" görüşləri ilə yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Premyer Liqa Qəbələ Zirəni məğlub edib


RƏYLƏR