Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2023 17:36
Nigeriya hakimiyyəti xarici diplomatik nümayəndəliklərindəki vəziyyəti təhlil etdikdən sonra ölkənin bütün dünyadakı səfirlərinin geri çağırılması barədə qərar verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müvafiq qərar dövlət başçısı Bola Tinubu tərəfindən imzalanıb və prezident administrasiyasının "X" sosial şəbəkəsindəki (keçmiş "Twitter") səhifəsində yerləşdirilib.
Məlumata görə, BMT Baş Assambleyasının qarşıdan gələn iclası ilə əlaqədar yalnız Nigeriyanın Nyu-York və Cenevrədəki təşkilat üzrə daimi nümayəndələri geri çağırılmayacaq.