Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahim Tatlıses biznesini oğluna verdi

İbrahim Tatlıses biznesini oğluna verdi

Tarix: 4 Sentyabr 2023 22:45

Türkiyəli məşhur müğənni İbrahim Tatlıseslə birinci arvadı Adalet Saradan olan oğlu Ahmet Tatlıses arasındakı uzun illər sürmüş gərginlik başa çatıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Ahmet atasının çiy köftə bizesinə ortaq olub. Öncə ata-bala arasında biznes rəqabətinə çevrilmiş çiy köftə fabriki indi onların ortaq brendinə çevrilib. İbrahim Tatlısesin Bodrumda fəaliyyət göstərən restoranının adı dəyişdirilərək "By Ahmet Tatlıses çiğköfte" qoyulub.

Ahmet Tatlısesin biznesinə məşhur simalardan da dəstək gəlir. Onlar Ahmetin restoranlarından şəkillər paylaşaraq, tərif yağdırırlar.

İbrahim Tatlıses rəsmi açıqlama verməsə də, onun öz restoranlar şəbəkəsini oğlunun idarəsi altına verdiyi barədə söhbətlər gəzir.

Milli.Az


Etiketlər:  İbrahim Tatlıses biznesini oğluna verdi


RƏYLƏR