Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2023 23:45
Bu gün doğum gününü qeyd edən dünya şöhrətli amerikalı pop ulduz Beyonse daha bir rekorda imza atıb.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, 42 yaşına qədəm qoyan sənətçi ad gününü çıxdığı "Renessans" adlı dünya turunda keçirib.
Beyonse adını tarixdə dünya turu çərçivəsində ən çox gəlir gətirən qadın sənətçi siyahısına yazdırıb.
Müğənni indiyə kimi dünya turu konsertlərindən nə az nə çox düz 461 milyon dollardan (təxminən 784 milyon manat) çox gəlir əldə edib. Amma bu son məbləğ deyil, çünki Beyonsenin konsertləri oktyabrın əvvəlinə qədər davam edəcək.
Qeyd edək ki, daha əvvəl ən çox məbləği, təxminən 411 milyon dollar (təxminən 699 mln. manat) Madonna 2008-ci ildə "Sticky & Sweet" turu ilə toplamışdı.