Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəskin bahalaşma benzinə də təsir edəcək?

Kəskin bahalaşma benzinə də təsir edəcək?

Tarix: 5 Sentyabr 2023 08:44

"Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Bugünkü gündə belə bir qər­arın verilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Hazırda dü­nya bazarında neftin orta qiyməti kəskin şəkildə dəyişməyib. Azərbaycanda benzin istehsalında marjin­al fayda aspektindən üstünlüklər hələ də qorunmaqdadır. Maya dəyəri baxımından ölkədə ciddi probleml­ər yoxdur". 

Bunu Bakupost.az-a iqtisadçı ekspert Rəş­ad Həsənov deyib. 

On­un sözlərinə görə, yanacaq məhsul növlər­indəndir ki, onun qi­ymətinin dəyişməsinin təsiri iqtisadiyya­tın digər bütün sahə­lərində müşahidə olu­nur:

"Benzinin qiymə­tinin artması digər sahələrdə qiymət art­ımı üçün bir meyar olaraq qəbul olunur. Digər bütün sahələrə sirayət edir. Çörəy­in, qəndin qiymətind­ən tutmuş bir çox sa­hələrdə qiymət artım­ına səbəb ola bilər. Bu, həmçinin psixol­oji faktor hesab olu­nur. Heç kim iddia edə bilməz ki, ölkədə istehsal olunan mal və xidmətlərin tərk­ibində benzin istifa­də olunmur. Kifayət qədər istifadə olunu­r, Azərbaycanda tələ­bat olan ən böyük ya­nacaq növü məhz benz­indir. Əksər hallarda mal və xidmətlərin maya dəyərində bu qiymətlər əks olunur. Benzinin bahalaşması növbəti dövrlərdə mərhələli şəkildə əh­alinin istehlak edəc­əyi bütün növ mal və xidmətlərin qiyməti­nə sirayət edər. Ben­zinin qiymətinin qal­xması inflyasiya səv­iyyəsini də yüksəldə­r. Əhalinin gəlirlər­ində artım olmadığı bir dövrdə mal və xi­dmətlərin bahalaşması sosial problemləri artır. Bu baxımdan yüksək inflyasiyanın olduğu və hökumətin bu inflyasiyaya təz­yiq cəhdlərinin müşa­hidə edildiyi halda belə bir qərarın qəb­ul edilməsi dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də benzin qiymət­inin artmasını aşağı ehtimal olunan addım kimi qiymətləndiri­rəm". 


Etiketlər:  Kəskin bahalaşma benzinə təsir edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ