Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərreyl” 5 voleybolçu ilə müqavilə imzaladı

“Azərreyl” 5 voleybolçu ilə müqavilə imzaladı

Tarix: 5 Sentyabr 2023 23:40

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

Klubdan Sonxeber.net-a verilən məlumata görə, ölkəmizi Çağırış kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardınca 5 oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.

Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova ilə müqavilə yenilənib. Razılığa əsasən, onlar daha bir il "Azərreyl"in uğurları üçün çalışacaqlar.

Bu voleybolçularla yanaşı, Aişə Alismanova da yeni mövsümdən "Azərreyl"in formasını geyinəcək. Gənclər komandamızdan cəlb olunan 15 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanıb.


Etiketlər:  Azərreyl voleybolçu ilə müqavilə imzaladı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ