Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna bu tankları qorumağa çalışdı, bacarmadı - Ekspert

Ukrayna bu tankları qorumağa çalışdı, bacarmadı - Ekspert

Tarix: 7 Sentyabr 2023 18:00

Böyük Britaniyanın "Challenger 2" tankı super silah deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı ekspert Aleksey Podberezkin deyib.

"Bu tanklar bir çox səbəblərə görə o qədər mükəmməl silah deyil. Belə ki, ağır olduğundan təmiri o qədər də mümkün deyil. Ukrayna Silahlı Qüvvələri bu tankları qorumağa çalışdı və meydanda çox istifadə etmədi. Əgər daha çox istifadə etmiş olsaydılar, tankların çoxu məhv edilmiş olardı", - Podberezkin bildirib.

Ekspertin sözlərinə görə, daha çox "Challenger" tankının Ukraynaya tədarükü elə də mümkün görünmür:

"Çatdırılmalar məhdud sayda davam edə bilər. Ancaq bu tədarüklərin həyata keçirilməsi üçün Böyük Britaniyada olanların əsaslı təmir edilməsinə ehtiyac var. Düşünürəm ki, Ukrayna Silahlı Qüvvələrinin potensialını 10-20 "Challenger" tankı ilə qaldırmaq mümkün deyil. İngiltərədə də bu tanklar çox deyil. Eyni zamanda onlar çox yaxşı başa düşürlər ki, onların sayının artırılması işə yaramayacaq".

Milli.Az


Etiketlər:  Ukrayna bu tankları qorumağa çalışdı bacarmadı Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ