Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2023 23:57
Alimlər ölümcül ola biləcək meyvə şirəsini açıqlayıblar.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, qreyfrut şirəsinin bir stəkan istehlakı ciddi xəstəliklərə səbəb ola bilər.
Dietoloqların fikrincə, bu meyvə anti-sklerotik və tonik təsir kimi faydalı xüsusiyyətlərə malikdir, həmçinin həzm sisteminə və maddələr mübadiləsinə müsbət təsir göstərir.
Qreyfrutun tərkibindəki berqamotin və dihidroksiberqamottin bir çox dərmanların qana daha tam sorulmasına imkan verir. Dərmanın qanda konsentrasiyası çox yüksək olduqda, əlavə yan təsirlər baş verə bilər.
Buna görə də, qreyfrut şirəsi içmək bədənin müəyyən dərmanları metabolizə etmək qabiliyyətini azaldır.