Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir veriliş bağlandı - Bu dəfə İTV-də

Daha bir veriliş bağlandı - Bu dəfə İTV-də

Tarix: 8 Sentyabr 2023 08:00

İTV-də Saleh Bağırovun dörd mövsümdür aparıcılığını etdiyi "Gəl, qonaq ol!" verilişi artıq yayımlanmayacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə məlumat yayıb.

"Azərbaycan reallığında ev formatlı verilişlərin səviyyəsi bəllidir. Əminliklə deyirəm ki, biz ənənəvi stereotipləri darmadağın edib, yeni standartlar yaratdıq. Yüz ölçüb, bir biçdik. Haqq edənlərə yönəltdik kameralarımızı. Ziyalılar, alimlər, həkimlər, müəllimlər, milli qəhrəmanların ailələri, siyasətçilər, iqtisadçılar, şair, bəstəkar, yazıçı, rəssam, incəsənət və elm xadimləri gəlib qonağınız oldular. Sənədli film səviyyəsində tarixiləşdirdik bu şəxsiyyətləri.

Asan yola qaçıb, baxılsın deyə, ancaq müğənnilər üzərində veriliş qurub, reytinq yolunda həlak etmədik özümüzü və mənliyimizi. Zövqləri korlamadıq, bəsit söhbətlərdən qaçdıq. Məzmun və dəyərləri əsas tutduq. Ev proqramının yalnız mətbəx söhbətləri, qazanın içi, soyuducu və yataq otağı olmadan da hazırlamağın mümkün olduğunu sübut etdik.

Düşünürəm ki, bundan sonra hazırlanacaq ev verilişləri üçün bu yeni standartlar bir yol olmalıdır!

Hər bir şey vaxtında gözəl. Bu layihə efir ömrünü başa vurdu. İrəlidə isə tamaşaçılarımızı yeni və gözəl işlər gözləyir" deyə, Saleh qeyd edib.


Etiketlər:  Daha veriliş bağlandı dəfə İTV


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ