Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Mərakeş Kralına başsağlığı verib

Prezident Mərakeş Kralına başsağlığı verib

Tarix: 9 Sentyabr 2023 12:24

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

"Əlahəzrət,

Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Milli.Az


Etiketlər:  Prezident Mərakeş Kralına başsağlığı verib


RƏYLƏR