Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 14:44
Ermənistanın NATO-ya qoşulma şansı Türkiyə və bir sıra digər ölkələrin mümkün vetosuna görə olduqca aşağıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin alyansdakı keçmiş nümayəndəsi Onur Öymen deyib.
"Ermənistan çoxlu dəyişikliklər etməli olacaq. Fikrimcə, hazırkı qlobal və regional şəraitdə belə bir mövzu NATO-nun gündəliyinə daxil ola bilməz", - Öymen bildirib.
O xatırladıb ki, alyansa yeni üzv qəbul etmək üçün bütün üzv ölkələrin razılığı lazımdır.
"Bir sıra ölkə veto hüququndan istifadə edərsə, Ermənistan NATO-ya qəbul olunmayacaq. Türkiyənin bəzi məsələlərdə mövqeyi bəllidir, ona görə də hesab edirəm ki, İrəvanın alyansa qəbul olunma şansı son dərəcə aşağıdır və hətta buna icazə verilməməlidir", - diplomat vurğulayıb.