Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran derbisi Qətərdə keçiriləcək

İran derbisi Qətərdə keçiriləcək

Tarix: 10 Sentyabr 2023 11:28

Oktyabrın 1-də İran çempionatında mövsümün əsas oyunu keçiriləcək. 

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, "Euro-Footbal" İrandakı mənbələrə istinadən, ölkənin əsas klubları "Persepolis" və "İstiqlal" arasında derbinin Qətərdə baş tutacağı ilə bağlı məlumat yayıb. 

Xəbərə görə, 102-ci İran derbisi haqda hələ rəsmi qərar verilməyib, amma hər şey buna doğru gedir. Səbəbə gəlincə, birincisi, bu, region üçün vacib idman tədbirinin televiziya yayımından daha çox qazanc əldə etməyə imkan verəcək, ikincisi, Qətər ən yaxşı VAR sisteminə malikdir ki, bu da ən vacib matç zamanı hər hansı anlaşılmazlığı aradan qaldırmağa kömək edəcək. 

İndi komandalar turnir cədvəlində qonşu yerləri - ikinci və üçüncü pillələri tuturlar. 

Milli.Az


Etiketlər:  İran derbisi Qətərdə keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ